...

“Coca-Cola” gənc sahibkarlar üçün master-klass keçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2015 12:38 (UTC +04:00)
“Coca-Cola” gənc sahibkarlar üçün master-klass keçib
“Coca-Cola” gənc sahibkarlar üçün master-klass keçib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Coca-Cola" gənc sahibkarlar üçün master-klass keçib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 40-dək gənc sahibkar və bizneslə məşğul olmaq istəyən tələbələr "Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkətinin fəaliyyəti ilə tanış olmaq üçün "Coca-Cola" zavoduna təşkil olunan turda iştirak etmişlər. "Coca-Cola" şirkəti, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən "Youth Inc." gənc sahibkarlıq proqramı çərçivəsində biznes bacarıqlarını inkişaf etdirmək istəyən gənclərə. ACCB-nin baş direktoru Cem Becel "Coca-Cola və mənim uğur hekayəm" adlı master-klass keçirmişdir.

"Youth Inc." proqramı "Coca-Cola"nın tərəfindən şəxsi bizneslərini yaratmaq istəyən gənclərin təşəbbüslərinin dəstəklənməsi əsasında Azərbaycanda gənc sahibkarlığın inkişafı üçün yaradılıb.

"Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumlarda təqdimat keçiriblər.

Tədbirin vəzifəsi sahibkar və sahibkarlığa marağı olan gənclərin maarifləndirilməsidir. Bununla yanaşı, əsas məqsəd sahibkarların uğurlu məhsulu realizə etmək üçün yeni metodlar və texnologiyalarla tanış etmək, gəncləri biznes fəaliyyətinə həvəsləndirmək və Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqdır.

Tədbir iştirakçılara ideyanı təcrübədə qiymətləndirməyə, həmçinin biznesdə yeni işlərə ilhamlanmağa imkan yaratdı. Master-klass "Azerbaijan Coca-Cola Bottlers"in baş direktoru Cem Becel tərəfindən keçirilib.

""Coca-Cola"nın Azərbaycanda reallaşdırdığı sosial inkişaf prioritetlərindən biri gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Hər bir dövlətin və cəmiyyətin gələcək inkişafı gənclərin inkişafına bağlıdır. Məhz buna görə "Coca-Cola" şirkəti öz vaxtını, təcrübəsini və müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına yönəltməyə hazırdır. Biz hesab edirik ki, gənclərə investisiya iqtisadi artımın və davamlı inkişafın təmin edilməsi baxımından vacibdir. Gənclər - bizim xidmət etdiyimiz cəmiyyətlərin gələcəyidir", - deyə Cem Becel bildirib.
"Azərbaycanda gənc sahibkarların inkişafına yönələn "Youth Inc" proqramı bu gün gənclərə şəxsi bizneslərini inkişaf etdirmək üçün müxtəlif alətlər və imkanlar verir.

Belə alətlərdən biri də bizim vaxtaşırı təşkil etdiyimiz açıq master-klasslardır. Mən hesab edirəm ki, gənclərə bizim proqramın iştirakçılarına zavodu gəzmək və "Youth Inc." proqramının əsas tərəfdaşlarından olan "Coca-Cola" şirkətinin menecerləri ilə qeyri-rəsmi formada ünsiyyətdə olmaq olduqca maraqlı idi. Gənclərə aydın olub ki, gələcəkdə onlar "Coca-Cola"nı potensial biznes-tərəfdaşı kimi görə və şirkətdən dəstək ala biləcəklər. Biz öz tərəfimizdən buna oxşar tədbirlər keçirməyə davam edəcəyik və bütün gənc sahibkarları "Youth Inc."in rəsmi səhifəsinində xəbərləri izləməyə dəvət edirik", - deyə "Youth Inc."in rəhbəri Seymur Hüseynov qeyd edib.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar "Coca-Cola" məhsullarının istehsal prosesi, hazırlanması ilə yaxından tanış ola bildilər, həmçinin biznes sahəsində bilik və bacarıqlara yiyələndilər.
"Youth Inc." - "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. Bu il "Youth Inc." İnkubator Mərkəzinin açılışı olacaq, hansı ki, öz şəxsi biznes ideyasını həyata keçirmək istəyən bütün şəxslər üçün əsas mərkəz olacaq. Orada təlim keçmiş şəxslər şəxsi bizneslərinin uğurlu olması üçün necə qurmaq lazımdır haqqında tam məlumat alacaqlar. Parlaq ofisdə gənc sahibkarlar üçün müxtəlif təlimlər, seminarlar və təqdimatlar keçiriləcək.

"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti