...

“Rolls-Royce” yeni “Dawn” kabrioletini hazırlayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 09:40 (UTC +04:00)
“Rolls-Royce Motor Cars” şirkəti yaxın gələcəkdə təqdim olunacaq yeni modelinin adını açıqlayıb. Böyük maraqla gözlənilən yeni kabriolet “Rolls-Royce Dawn” adını daşıyacaq.
“Rolls-Royce” yeni “Dawn” kabrioletini hazırlayır (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

"Rolls-Royce Motor Cars" şirkəti yaxın gələcəkdə təqdim olunacaq yeni modelinin adını açıqlayıb. Böyük maraqla gözlənilən yeni kabriolet "Rolls-Royce Dawn" adını daşıyacaq. Modelin adı "Rolls-Royce"un dünya üzrə dilerlərinin 2015-ci ildə Los-Ancelesdə 130 rəsmi qlobal nümayəndənin iştirakı ilə keçirilmiş illik toplantısında açıqlanıb.

Trend-in məlumatına görə, "Yeni "Rolls-Royce Dawn" modelinin indiyədək görünməmiş dərəcədə heyranedici və cəlbedici olmağı vəd edilir. "Dawn" - açılan dama malik gözəl avtomobildir. Modelin adı yeni imkanlar təklif edən, yeni hisslər doğuran, özündə oyanış və günəş parıltısını birləşdirən hər yeni günü təcəssüm etdirir. Bu, dünyanın "sosial şüaları" altında günəş vannası qəbul etmək istəyən insanlar üçün ən sosial və münasib super-lüks sinifli avtomobil olacaq", - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos bildirib.

"Rolls-Royce Dawn" avtomobili 2003-cü ildə "Phantom" modelinin təqdimatı ilə başlanan, "Ghost" və "Wraith"in buraxılışı ilə davam etdirilən "Rolls-Royce Motor Cars"ın intibah dövründə yeni bir mərhələdir. Bu "BMW Group" konserninin dünyanın ən dəbdəbəli avtomobil markasına olan davamlı investisiyasını tamlıqla doğruldur.

Yeni "Rolls-Royce Dawn" ilk dəfə 1949-cu ildə istifadə olunmuş və şöhrət tapmış əfsanəvi "Rolls-Royce" adını yenidən dirçəldəcək. Hazırda bu adı 1950-1954-cü illərdə yalnız 28 özəl nüsxədə istehsal olunmuş kabriolet avtomobillər daşıyır. Qeyd olunan dövrlərdə təqdim olunmuş "Silver Dawn" avtomobili gövdəsi zavodda istehsal olunmuş ilk "Rolls-Royce" nümunəsi idi. "Dawn" adını daşıyan "Rolls-Royce" avtomobilləri müştərilərin xüsusi sifarişi əsasında istehsal olunurdu ki, bu da unikallığın müstəsna təminatçısıdır.

"Dawn" adı ("şəfəq") yeni "Rolls-Royce" modelinin xarakterini tamlıqla ifadə edir. Şəfəq günəşin ilk şüaları ilə dünyanı gecənin zülmət qaranlığından qurtaran bir canlanma məqamıdır. Sübhün ilk anları hər yeni günün başlanması ilə bütün dünyanın ehtiras və enerji dolu ab-havaya köklənməsini təmin edir. "Spirit of Ecstasy" heykəlciyinin hazırlanmasında ilham mənbəyi olmuş Eleanor Tornton kimi "Rolls-Royce Dawn" öz sahiblərində hər yeni günün başlanması ilə hər şeyin mümkünlüyü ideyasına inam yaradan muza olacaq.

Yeni "Rolls-Royce Dawn" insanı qəlbinin dərinliklərinədək heyran edəcək bir avtomobildir. "Dawn" həm kişiləri, həm də zərif cinsin nümayəndələrini cəlb edərək modeli əldə etmək, ona toxunaraq arzularına çatmaq istəyi yaradır. "Dawn" kabrioletinin dizaynı özündə ehtiras və xarizma, gözəllik və təravəti birləşdirərək hər kəsin həyatını xoş anlarla zənginləşdirəcək.

Yeni həyat, yeni imkanlar, yeni üfüqlər, xoş həyəcan ab-havası - bütün bunları yeni "Rolls-Royce Dawn" özündə təcəssüm etdirir.

"Rolls-Royce Dawn" 2016-cı ilin birinci rübündə təqdim olunacaq.

"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce", "MINI", "Alpina" və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti