...

Expressbank “Gül, Balam” fotomüsabiqəsinin qaliblərini mükafatlandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 11:35 (UTC +04:00)
Expressbank “Gül, Balam” fotomüsabiqəsinin qaliblərini mükafatlandırıb.
Expressbank “Gül, Balam” fotomüsabiqəsinin qaliblərini mükafatlandırdı

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Expressbank "Gül, Balam" fotomüsabiqəsinin qaliblərini mükafatlandırıb.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında "Gül, Balam" adlı fotomüsabiqə keçirib. Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 AZN, Visa Gold + 200 AZN və Visa Classic + 100 AZN təqdim olunub.

Müsabiqənin şərtlərinə görə, iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkib, #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdiriblər. Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və "like"lar vasitəsilə səsvermə keçirilib.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti