...

Rusiyalı rektor: Yunanıstandakı iqtisadi böhran qlobal amillərin yalnız 1/3-dir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Yunanıstandakı iqtisadi böhran avronun dollara nisbətdə məzənnəsinin tez-tez dəyişməsinə təsir edən qlobal amillərin yalnız 1/3-dir və bu amillər davam edəcək.

Bunu Trend-ə Rusiya Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov deyib.

Onun sözlərinə görə, son ildə avro/dollar cütlüyündə yüksək dəyişkənlik müşahidə edilir və əsas səbəblərdən biri Yunanıstan iqtisadiyyatının vəziyyətidir: "Rusiyada bu günlərdə avronun məzənnəsində kəskin dəyişikliklər müşahidə edilmir. Hərçənd iyulun 1-nə keçən gecə Yunanıstan texniki defoltla üzləşdi. Fikrimcə, bazar sadəcə olaraq bu hadisəni gözləməkdən yoruldu və defolt gözləntisinə uyğunlaşdı".

Rektor qeyd edib ki, Yunanıstanın Avrozonanın tərkibində qalacağı ilə bağlı şansı çoxdur: "Əgər Avropa İttifaqı Yunanıstanı avrozonada saxlamaq istəyirsə, özü üçün asan olmayan qərar qəbul etməlidir. Bu məqsədlə Yunanıstana yardım paketini genişləndirməlidir. Yunanıstan isə bunun müqabilində büdcə xərclərinin məhdudlaşdırılması sahəsində sərt siyasətə getməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti