...

Azərbaycana avtomobil idxalı yenə də azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2015 21:00 (UTC +04:00)
2015-ci ilin I yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib.
Azərbaycana avtomobil idxalı yenə də azalıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin I yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I yarısında bu göstərici 30 917 ədəd təşkil edib.

Bundan başqa, yanvar-iyun aylarında ölkəyə 1 126 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 3 039 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti