...

Azərbaycan tranzit daşımalardan 700 milyon dollar qazana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2015 13:16 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə edə bilər.
Azərbaycan tranzit daşımalardan 700 milyon dollar qazana bilər

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Azad Həsənli/

"Azərbaycan Dəmir Yolları" QSC 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə edə bilər.

Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə "Qazaxıstan Dəmir Yolları" şirkətinin rəhbəri Askar Mamin Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə ilk konteynerin Bakıya çatdırılmasına həsr edilmiş mərasim çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu, kifayət qədər yüksək və yaxşı dinamikadır: "Əminik ki, belə nəticələr əldə etmək olar".

A.Mamin Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunun yüksək potensialını qeyd edib: "Bu gün əlamətdar hadisə baş verib. Hesab edirik ki, bu, böyük layihənin ilk müjdəçisidir. Potensialı 2020-ci ilə kimi 300 mindən çox konteyner həcmində qiymətləndiririk. Bu, çox yüksək dinamikadır".

Onun sözlərinə görə, bu marşrut Azərbaycan və Qazaxıstanın tranzit imkanlarını tam reallaşdırmağa imkan verəcək.

"Qazaxıstan Dəmir Yolları" şirkətinin rəhbəri əlavə edib ki, yaxın günlərdə belə bir konteyner Çindən Qazaxıstan və Azərbaycan vasitəsilə Gürcüstan və Türkiyəyə çatdırılacaq: "İlk konteynerin ilk lokomotivlə Azərbaycana çatdırılması rəmzidir. Qazaxıstan və Azərbaycan arasında maşınqayırma sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Qazaxıstan maşınqayırma məhsullarının etibarlı tədarükçüsüdür. Bunlara teplovozlar, elektrovozlar və başqaları daxildir. Ümid edirik ki, bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik və onu daha yüksək səviyyəyə qaldıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti