Azərbaycan, Bakı, 8 avqust /Trend/
"Neft Daşları" yatağındakı 2595 nömrəli stasionar dəniz özülündə 2585 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.
Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2264-2249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.