...

Deputat: Azərbaycan büdcəsinin müzakirələrində yeni təkliflər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2015 16:36 (UTC +04:00)
"Milli Məclisdə növbəti büdcə müzakirələri zamanı əlavə gəlir gətirən mənbələri tapmaq istiqamətində təkliflərimiz olacaq".
Deputat: Azərbaycan büdcəsinin müzakirələrində yeni təkliflər olacaq

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elmir Murad/

"Milli Məclisdə növbəti büdcə müzakirələri zamanı əlavə gəlir gətirən mənbələri tapmaq istiqamətində təkliflərimiz olacaq". Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Onun sözlərinə görə, bu, daha çox əlavə gəlir gətirən sahələrin inkişafına gətirib çıxaracaq. "Yeni müzakirələrdə də yəqin ki, bir sıra təklifklər olacaq. Çalışacağıq ki, Azərbaycan iqtisadiyyatına əlavə gəlir gətirən məsələlər barədə təkliflər verək. Çünki bu, əlavə gəlir gətirən sahələrin inkişafına xidmət etməlidir".

Qeyd edək ki, sentyabrın 1-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Müzakirələr zamanı Baş nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosialyönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti