...

Baş nazirin müavini: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 10:24 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.
Baş nazirin müavini: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbirlər, Ənvər Məmmədov, İlkin İzzət/

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov bu gün Ümumdünya Gömrük Təşkilatının PICARD X Beynəlxalq İllik Konfransının açılışında çıxışı zamanı deyib.

Baş nazirin müavini A.Şərifov deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, daxili və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Tarixi İpək Yolunun Azərbaycandan keçdiyini xatırladan A.Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.

Onun sözərinə görə, təminatın qlobal qırılmaz zənciri hər bir ölkə üçün vacibdir və hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün gömrük xidmətinin potensialının artırılması prioritet vəzifədir: "Hər bir cəmiyyətin inkişafının təməlində təhsil durur. Gömrük xidmətinin potensialının artırılması və təminatın təhlükəsizliyi və qabaqcıllığı müvafiq islahatların həyata keçirilməsini tələb edir. Hər bir ölkə buna nail olmaq üçün təsnifatlandırılmış əməkdən və peşəkarların biliyindən istifadə etməlidir. Bunun üçün yüksək səviyyəli təhsil sisteminə malik olmaq lazımdır".

Bu konfransın Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə gömrükçülərimizin bundan sonra da üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışacaqlarını qeyd edib:"Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gömrük orqanlarının üzərinə mühüm vəzifə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti