...

Uruqvay Azərbaycan vasitəsilə regionda ticarət əlaqələrini inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2015 12:06 (UTC +04:00)
Azərbaycan Uruqvaya region ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməkdə kömək edə bilər.
Uruqvay Azərbaycan vasitəsilə regionda ticarət əlaqələrini inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan Uruqvaya region ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməkdə kömək edə bilər. Trend-in məlumatına görə, bunu Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela Bakıda keçirilən Azərbaycan-Uruqvay işgüzar görüşü çərçivəsində deyib.

Nazir müavini bildirib: "Hesab edirəm ki, ölkələrimiz yaxın gələcəkdə regionlarımızın mərkəzlərinə çevrilə bilər. Ümid edirəm ki, biz həm Azərbaycanla iqtisadi və ticarət əlaqələrini genişləndirəcəyik, həm də Azərbaycanın köməkliyi ilə regionun digər ölkələrilə ticarət əlaqələrinin inkişaf etdirə biləcəyik".

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov isə qeyd edib ki, iki ölkə arasında yaxşı inkişaf etmiş siyasi əlaqələr mövcuddur, lakin onların inkişafını davam etdirmək və ticari-iqtisadi sahəyə yaymaq lazımdır.

Görüşün sonunda biznesin və investisiya mühitinin təqdimatı olub. Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 5 767,66 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti