...

Azərbaycan yeni dəniz limanı üçün Dubayın gömrük tənzimlənməsi modelini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2015 19:21 (UTC +04:00)
"Azərbaycan Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dubayda istifadə edilən gömrük tənzimlənməsi modelini tətbiq etməkdə maraqlıdır".
Azərbaycan yeni dəniz limanı üçün Dubayın gömrük tənzimlənməsi modelini nəzərdən keçirir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

"Azərbaycan Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dubayda istifadə edilən gömrük tənzimlənməsi modelini tətbiq etməkdə maraqlıdır".

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd bin Sulayemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, Dubayda gömrük işi menecmentliyi çox inkişaf edib: "Məlumdur ki, Dubaya idxal edilən malların böyük hissəsi liman vasitəsilə gəlir. Bu baxımdan Bakıda tikiləcək müasir liman tam gücü ilə işləyəndə Dubay təcrübəsini tətbiq etmək çox faydalı olacaq".

A.Əliyev qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün gözəl perspektivlər var: "Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında ölkələri birləşdirən bir çox aspekt mövcuddur. Bu, ilk növbədə, dərin siyasi birlik, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdir. İki ölkə arasında yaxşı iqtisadi əlaqələr var. Ölkələr arasında rəsmi əmtəə dövriyyəsi elə də yüksək deyil, lakin Dubaydan Azərbaycana fiziki şəxslərin əldə etdiyi xeyli sayda mal tədarük edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti