Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Azərbaycan Beynəlxalq Bankında (ABB) İslam bankçılığı departamenti ləğv olunub. Bu barədə ABB-dən Trend-in sorğusuna cavab olaraq bildiriblər.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Bankda İslam bankçılığı departamentinin ləğv olunması barədə məlumatı təsdiqləyib. Y.Cəfərli bu addımın ABB-də həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində atıldığını bildirib. Onun sözlərinə görə, xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmış sazişlər, Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir.
İslam bankçılığı sahəsində çalışmış işçilərə gəlincə, Y.Cəfərli funksional bölgüyə uyğun şəkildə mütəxəssislərin öz fəaliyyətlərinə davam etdiklərini söyləyib.