...

"Bank Respublika" yeni və innovativ "VEKTOR" pulköçürmə sistemini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 14:02 (UTC +04:00)
İndi ölkədaxili pul köçürmələri daha rahat oldu.
"Bank Respublika" yeni və innovativ "VEKTOR" pulköçürmə sistemini təqdim edir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

İndi ölkədaxili pul köçürmələri daha rahat oldu. "e-Manat" terminallarının geniş şəbəkəsi vasitəsilə "Vektor" pulköçürmə sistemi Bakı və ölkə üzrə 20 şəhərə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir. Göndərilən məbləği isə" Bank Respublika"nın istənilən filialında almaq mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, İdarə Heyəti Sədrinin müavini Aslan Abasov bildirib: "Müştərilərimizin tələbatlarını nəzərə alaraq, yerli bazarda yeni bank məhsulu hazırladıq ki, ölkə daxilində günün 24 saatı uyğun məkandan pulköçürmə əməliyyatlını aparmaq mümkün olsun. Məlumdur ki, pul köçürmələrini əksər hallarda maddi dəstək və qohum-əqrabanın nağd pula ehtiyacı yarandıqda həyata keçirilir. Buna görə hesab edirik ki, istehlakçı üçün başlıca kriteriya asanlıq və operativlikdir".

Köçürmə əməliyyatının proseduru çox sadədir. Məsələn, Gəncədə yaşayn bir qohuma 1000 manat göndərmək lazımdır. Bunun üçün "e-Manat" terminalının ekranında "Banklar və Sığorta" / "Bank Respublika" bölməsinə daxil olub oradan "Vektor" sistemi seçilir.

Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A göstərib vəsaiti e-Manat terminalına daxil etmək kifayətdir.

Pulköçürmə əməliyyatı yerinə yetirildikdən sonra müştəriyə ID nömrəli çek verilir. Həmin nömrəni təqdim etməklə, Bank Respublika-nın uyğun filialından göndərilən vəsaiti almaq mümkündür.

"Vektor" sistemi üzrə pul köçürmələri yalnız ölkə daxilində və manatla həyata keçirilir. Bir tranzaksiya üzrə köçürmənin maksimal məbləği 3000 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti