...

Azərbaycanın sığorta bazarında əsas problem yüksək ixtisaslı kadrların çatışmazlığıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2015 12:01 (UTC +04:00)
Azərbaycanın sığorta bazarında yüksək ixtisaslı kadrların çatışmazlığı hələ də əsas problem olaraq qalır.
Azərbaycanın sığorta bazarında əsas problem yüksək ixtisaslı kadrların çatışmazlığıdır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın sığorta bazarında yüksək ixtisaslı kadrların çatışmazlığı hələ də əsas problem olaraq qalır.

Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəhbəri Namiq Xəlilov "Peşəkar sığortaçıların sertfikasıyası" proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın ali məktəblərində sığorta sahəsində kadr hazırlığı üzrə fakültələrin hələ də olmaması ilə bağlıdır: "Buna görə də sığorta şirkətlərinin özləri adıçəkilən sahədə kadrlar hazırlamaq barədə qərar qəbul ediblər. Sertifikasiya proqramı ilə yanaşı, "Sığorta: prinsiplər və təcrübə" dərsliyi hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti