...

"Gilan Holding" yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 10:13 (UTC +04:00)
Azərbaycan dövlətinin apardığı uğurlu sosial-iqtisadi siyasətin mərkəzində, məhz ölkə vətəndaşları dayanır. Vətəndaşların sosial rifahının yüksəldilməsi məsələsi dövlətimizin əsas prioritetlərindəndir.
"Gilan Holding" yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan dövlətinin apardığı uğurlu sosial-iqtisadi siyasətin mərkəzində, məhz ölkə vətəndaşları dayanır. Vətəndaşların sosial rifahının yüksəldilməsi məsələsi dövlətimizin əsas prioritetlərindəndir.

Azərbaycanda yeni iş yerlərinin yaradılması, işə qəbulun səmərəli və effektiv aparılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu prosesdə əmək yarmarkaları və karyera sərgilərinın keçirilməsi, bu tədbirlərə gənclərin cəlb olunması mühüm rol oynayır.

2015-ci il 9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi keçirildi. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də "rekruitinq" (işçi heyətin seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platform idi. Sərgidə Azərbaycanın aparıcı şirkətləri ilə yanaşı, ölkənin ən böyük işə götürən şirkətlərindən biri olan "Gilan Holding" də iştirak edib.

"Gilan Holding" in əsas vəzifələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi strategiyaya uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılmasıdır.

Sərgi çərçivəsində "Gilan Holding" iş axtaranlara mühasib, ofis meneceri, yüksək texnologiyalar üzrə mütəxəssis, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağrı mərkəzi mütəxəssisi, istehsalat mühəndisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar təqdim edib.

Bununla yanaşı, Gilan Holding iş axtaranlara dəstək məqsədi ilə, öz rəsmi internet səhifəsində Karyera bölməsini yaratmış və iş axtaranların istifadəsinə təqdim etmişdir. Bu bölmə vasitəsilə iş axtaranlar asan bir şəkildə öz iş müraciətlərini edə bilirlər. İstifadəyə verilmiş işə qəbul sistemi şəffaf və rahat işə qəbul prosesini həyata keçirmək məqsədi daşıyır.

Ziyarətçilər sərgidə Holdinqin İnsan Resursları Departamentinin əməkdaşlarından iş axtarma üzrə məsləhət almaq, elektron sistemindən istifadə edərək "CV" göndərmək və ilkin müsahibədən keçmək imkanı əldə ediblər.

Sərgi çərçivəsində "Gilan Holding" iş axtaranlar üçün ödənişsiz seminar da təşkil edib. Seminar iştirakçılarına tərcümeyi-halların düzgün doldurulması, müsahibələrin təşkili, karyera imkanları barədə ətraflı məlumat verilmişdir. Seminarda iştirak edən gənclər öz məmnunluqlarını ifadə etmişlər.

Sərgidən sonra "Gilan Holding"ə elektron işə qəbul sistemi vasitəsilə 1000-ə yaxın, sərgi zamanı isə 4000 "CV" daxil olub.

Uyğun vakansiyaların tələblərinə cavab verən ərizəçilər müsahibəyə dəvət olunub. Müsahibədən uğurla keçən namizədlərin müvafiq vakansiyalara işə qəbulu planlaşdırılır.

Hazırda "Gilan Holding" müxtəlif vakansiyalar üzrə müsabiqə elan edir. İstənilən şəxs Holdinqin rəsmi saytına daxil olaraq bu ünvana (http://www.gilanholding.com/careers) öz "CV" məlumatlarını göndərə bilər.

"Gilan Holdinq" 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti