...

Azərbaycanda vergi orqanları məhkəmə təhqiqatlarının 97 faizini udur

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 17:29 (UTC +04:00)
2015-cim ilin yanvar-sentyab aylarında vergi ödənişi mübahisəsi ilə bağlı fiziki şəxslər tərəfindən məhkəmə instansiyalarına 906 milyon manat məbləğində iddia qaldırılıb.
Azərbaycanda vergi orqanları məhkəmə təhqiqatlarının 97 faizini udur

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin yanvar-sentyabr aylarında vergi ödənişi üzrə mübahisələrlə bağlı fiziki və hüquqi şəxslər tərəfindən məhkəmə instansiyalarında 906 milyon manat məbləğində iddia qaldırılıb.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib: "Vətəndaşlar vergi orqanlarının onlara qarşı ədalətsiz olmasına görə müraciət edirlər. Lakin belə təhqiqatların 97 faizi vergi orqanlarının xeyrinə yekunlaşıb. 30 milyon manat məbləğində araşdırma isə qismən və ya tam olaraq vətəndaşların xeyrinə başa çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti