...

Aydın Əliyev: Avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı şikayətlər əsassızdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2015 16:55 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinə (DGK) avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı daxil olan şikayətlər əsassızdır.
Aydın Əliyev: Avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı şikayətlər əsassızdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Dövlət Gömrük Komitəsinə (DGK) avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı daxil olan şikayətlər əsassızdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

O bildirib: "Bizə daxil olan hər bir şikayəti yoxladıq. Problem ondan ibarətdir ki, vətəndaşlar çox vaxt avtomobilin dəyərinin qiymətləndirilməsi haqqında sənədlərə əsaslanırlar. Lakin "Lexus" markalı avtomobilin qiyməti 2 min dollar, BMW isə 4 min dollar ola bilməz. Buna görə də avtomobilin dəyərini göstərən sənədlər əsas sayıla bilməz".

DGK sədri qeyd edib ki, avtomobilin dəyərini qiymətləndirmək məqsədilə Avtonəqliyyat Baş Gömrük İdarəsində xüsusi ekspertlər işləyirlər: "Onlar Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri ilə birgə avtomobilə baxış və qiymətləndirməni həyata keçirirlər. Bunun əsasında gömrük rəsmiləşdirmələri aparılır. Bundan başqa, saytımızda avtomobilin qiymətləndirilməsi üçün xüsusi kalkulyator yerləşdirmişik. Ondan istifadə etməklə gömrük rəsmiləşdirilməsinin təqribi qiymətini öyrənmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti