Azərbaycan, Bakı, 11 noyabr /Trend/
2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə vergi orqanlarında 65 367 vergi ödəyicisi qeydiyyata alınıb.