...

Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 15:08 (UTC +04:00)
Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib.
Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Bakı. Trend:

Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans noyabrın 20-də Ağcabədidə keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 150-dən çox istehlakçı iştirak etmişdir.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının etibarlı qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai-iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 40-a yaxın maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb. Bu ilin 10 ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 70 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bundan başqa, sahibkarların, istehlakçıların iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunur.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti