...

Azərbaycanın nəqliyyat-yedək gəmisi istismara qayıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 20:03 (UTC +04:00)
Bu gün “Aura” nəqliyyat-yedək gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmiri sona çatıb.
Azərbaycanın nəqliyyat-yedək gəmisi istismara qayıdır

Bakı. Trend:

Bu gün "Aura" nəqliyyat-yedək gəmisinin "Bibiheybət" Gəmi Təmiri Zavodunda əsaslı təmiri sona çatıb.

Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir ki, 3 ay əvvəl təmirə dayanan gəmidə xeyli iş görülüb. O, doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, zəruri gövdə-qaynaq işləri aparılıb.

Gəmi təmirçiləri "Aura"nın baş və köməkçi mühərriklərində, əsas və yardımçı sükan qurğularında, boru sistemlərində lazımi yoxlama və təmir işləri görüblər. Gəminin elektrik avadanlıqları və avtomatikası tənzimlənərək istismara hazır vəziyyətə gətirilib, xidməti və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.

"Aura"nın sınaqları artıq yekunlaşıb. Müvafiq sənədləşmə işlərindən sonra gəmi noyabrın sonuna qədər istismara qayıdacaq.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yedək və təchizat gəmiləri dənizdəki neft-qaz yataqlarının təminatında əhəmiyyətli rol oynayır. Onların daim saz vəziyyətdə saxlanılması prioritet vəzifələrimizdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti