...

Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 10:32 (UTC +04:00)
Nəqliyyat naziri Ziya Məmmədov görüşdə iştirak edəcək.
Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcəklər

Bakı. Trend:

Dekabrın 23-də İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.

Trend Nəqliyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, iclasda Azərbaycanln nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, Xəzəryanı ölkələrin nəqliyyat üzrə imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.

Yekun olaraq "Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı"nın qəbul olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti