Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankı Oracle FlexCube platformasının 12-ci versiyasının tətbiqinə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, bu yenilikdə məqsəd bankda istifadə olunan avtomatlaşdırılmış əməliyyat sisteminin modernləşdirilməsidir. "Oracle FLEXCUBE" bank platformasının bu sonuncu versiyası dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir.
Bu addım Azərbaycan Beynəlxalq Bankında biznes proseslərinin təkmilləşdirilərək bankın strateji inkişaf xəttinə uyğunlaşdırılmasına imkan yaradacaq. İşin operativliyinin, səmərəliliyinin və keyfiyyətinin artırılmasına, əməliyyatların sürətləndirilməsinə, müştərilərə daha yüksək xidmətin təmin olunmasına kömək göstərəcək.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.