Bakı. Trend:
Hesablama Palatası ilə Dövlət Gömrük Komitəsi arasında Razılaşma Memorandumu imzalanıb.
Palatadan Trend-ə verilən məlumat görə, məqsəd Hesablama Palatasına və Dövlət Gömrük Komitəsinə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin koordinasiyası və əməkdaşlığının gücləndirilməsidir.
Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.