...

Azərbaycanda bank əmanətləri və investisiya qiymətli kağızlar üzrə dividentlər vergidən azad ediləcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 11:42 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:48-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Fevralın 1-dən Azərbaycanda əmənatlər üzrə dividentlərin vergidən azad edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası çərçivəsində Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin əmanətlərinin ümumi həcmi 9,3 milyard manat təşkil edir ki, bu əmanətlər üzrə dividentlər isə 93 milyona çatır.

2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, faiz gəlirləri vergitutumundan azad edilir.

2010-cu ildən qiymətli kağızlarla əməliyyatlar üzrə fiziki və hüquqi şəxslərin gəlirlərindən 10 faiz vergi tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti