Bakı. Trend:
Azərbaycanda makroiqtisadi sabitliyin möhkəmləndirilməsi üçün iqtisadi aktivliyin artırılması üzrə addımlar atılacaq ki, bu da nəticədə iş yerlərinin sayının artmasına gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi" konfransında deyib.
Onun sözlərinə görə, dövlət investisiyalarının həcminin azalması fonunda iqtisadi aktivliyin artırılması üçün böyük həcmdə xarici investisiyanın cəlb edilməsi lazımdır.