...

BVF ilə neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri müzakirə olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2016 12:51 (UTC +04:00)
BVF-nin nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.
BVF ilə neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri müzakirə olundu

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və BVF arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin bu mənfi təsirlərin minimuma endirilməsi tədbirləri və ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti