Yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 vətəndaşın işlə təmin olunması nəzərdə tutulub (VİDEO)

Yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 vətəndaşın işlə təmin olunması nəzərdə tutulub (VİDEO)

Bakı. Trend:

Yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Bu barədə Trend-ə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir.

Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.

Eyni zamanda, bütün ölkə daxili yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son illər Dövlət proqramları çərçivəsində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, son iki il ərzində prezident İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün 685 min əhalinin yaşadığı, 423 yaşayış məntəqəsini birləşdirən 962 kilometr uzunluğunda yolun ikintisi üçün 32 şəhər və rayon üzrə 41 sərəncam imzalanıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, xüsusən də kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Ölkə başçısı kənd yollarının tikintisinin eyni zamanda bölgələrdə işsizliyin aradan qaldırılması üçün də vacib amillərdən biri olduğunu deyib.

Prezident İlham Əliyev tərəfindən kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu da Cəmiyyətin üzərinə əlavə məsuliyyət qoyur.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyyə və göstərişlərinə əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.

Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Dövlət başçısının yerli istehsalın daha da gücləndirilməsi istiqamətində verdiyi tövsiyyə və tapşırıqlarına əsasən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yolların tikintisi, yenidənqurlması və təmiri zamanı yerli tikinti materiallarıdan istifadə edir. Elə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız olmadığını vurğulayıb.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol infrastrukturunun yenilənməsi, xüsusi ilə də kəndlərarası yolların tikintisi ilə bağlı Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən növbəti aylar və illərdə də sözügedən prosesin reallaşdırılması istiqamətində mühüm addımlar atılmağa davam etdiriləcək.

Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Türkiyədə ticarət mərkəzləri açılır
Türkiyədə ticarət mərkəzləri açılır
Loading Bars
Xəbər lenti
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Bütün xəbərlər