...

Azərbaycan BVF-də kvotanı xeyli artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 11:21 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondunda (BVF) kvotanı 160,9 milyon SDR-dən (224,34 milyon dollar) 391,7 milyon SDR-dək (546,14 milyon dollar) artırıb.

Trend-in BVF-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın kvotasının 44 faizi (173,1 milyon SDR və ya 377,7 milyon manat milli valyutada yerləşdirilə bilər.

Məlumata görə, Azərbaycan kvotanın artırılmasını artıq razılaşdırıb, lakin payının ödəniş müddətini hələ təsdiq etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti