...

Hindistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağa hazırdır (ƏLAVƏ OLUNUB 2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 13:59 (UTC +04:00)
Hindistan Azərbaycanla mal dövriyyəsini artırmaqda maraqlıdır.
Hindistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağa hazırdır (ƏLAVƏ OLUNUB 2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:42-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Hindistan Azərbaycanla əmtəə dövriyyəsini artırmaqda maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfirin sözlərinə görə, ötən il ölkələr arasında mal dövriyyəsi 815 milyon dollar təşkil edib, bunun 778 milyonu Azərbaycan məhsullarının idxalının payına düşüb: "Hesab edirəm ki, bu bizim ölkələr üçün böyük göstərici deyil".

S.Rana qeyd edib ki, yaxın vaxtlarda Hindistan və Azərbaycan arasında əmtəə dövriyyəsi artmalıdır: "Xüsusilə "Şimal-Cənub" nəqliyyat dəhlizinin istismara verilməsi buna xidmət etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti