...

İcbari Sığorta Bürosundan nəqliyyat vasitəsi ilə bağlı sığortalılara tövsiyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 16:56 (UTC +04:00)
İcbari Sığorta Bürosu müvafiq alqı-satqı əməliyyatının aparılması zamanı özgəninkiləşdirilən nəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verilməsini sığortalılara tövsiyə edir.
İcbari Sığorta Bürosundan nəqliyyat vasitəsi ilə bağlı sığortalılara tövsiyə

Bakı. Trend:

"İcbari sığortalar haqqında" Azərbaycan Resublikasının Qanununa əsasən, avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı sığortalının həmin avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam vermək hüququ var. Trend xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halında həmin avtonəqliyyat vasitəsi ilə bağlı müvafiq icbari sığorta müqaviləsinə xitam verilmədikdə, bu müqavilə qüvvədə qalır və avtonəqliyyat vasitəsinin yeni sahibinin səbəb olduğu yol-nəqliyyat hadisələrinə görə "Malus əmsalı" (sığorta hadisələrinin və sığortalı günlərin sayından asılı olaraq sığorta haqqına əlavələr) nəqliyyat vasitəsinin keçmiş sahibinə (adına icbari sığorta müqaviləsi verilmiş şəxsə) tətbiq olunur.

Nəticədə özgəninkiləşdirilmiş nəqliyyat vasitəsinin keçmiş sahibi gələcəkdə digər bir nəqliyyat vasitəsi ilə bağlı müvafiq icbari sığorta müqaviləsi bağlayarkən yeni sahibin törətdiyi qəzalar səbəbindən daha çox məbləğdə sığorta haqqı ödəməli olur.

Göstərilənləri nəzərə alaraq, İcbari Sığorta Bürosu müvafiq alqı-satqı əməliyyatının aparılması zamanı özgəninkiləşdirilən nəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verilməsini sığortalılara tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti