...

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2016 13:40 (UTC +04:00)
Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın BP ilə birgə layihəsi çərçivəsində “Tullantı Mərkəzinin genişləndirilməsi layihəsi” ilə əlaqədar işlərin gedişi ilə tanış olmaq üçün Tullantı Mərkəzinin tikinti ərazisində olub.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub

Bakı. Trend:

Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın BP ilə birgə layihəsi çərçivəsində "Tullantı Mərkəzinin genişləndirilməsi layihəsi" ilə əlaqədar işlərin gedişi ilə tanış olmaq üçün Tullantı Mərkəzinin tikinti ərazisində olub.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, tikintiyə baxış keçirilmiş, bildirilmişdir ki, layihə çərçivəsində Mərkəzin ərazisi genişləndirilmiş, müxtəlif növ istehsalat tullantılarının qəbulu və saxlanılması üçün müvafiq şərait yaradılmışdır. Həmçinin qurğuların Mərkəzdə quraşdırılması məqsədilə beton özüllər artıq inşa edilmişdir. Mərkəz ərazisində "Econ İndustries GmbH" şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq bu şirkətin "VacuDry" qazma şlamı emal edən iki ədəd qurğusunun quraşdırılması prosesi başlanmışdır. Müəssisənin tam qüvvə ilə işə başlaması cari ilin sentyabr ayına planlaşdırılır. Mərkəzdə işlərin gedişi ilə tanış olduqdan sonra Rəfiqə Hüseynzadə layihə icraçılarına tövsiyə və tapşırıqlarını vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti