...

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 18:21 (UTC +04:00)
Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatdı

Bakı. Trend:

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti sənaye parkının ərazisində ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavod inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150 nəfərə yaxın insanın işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti