...

Baş nazirin müavini bank kreditlərinə güzəştlər edilməsinə aydınlıq gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 13:10 (UTC +04:00)
Əgər imkanlar və resurslar varsa onlardan istifadə edib lazımi güzəştlər, konpensiyasiyalar veriləcək.
Baş nazirin müavini bank kreditlərinə güzəştlər edilməsinə aydınlıq gətirdi

Bakı. Elçin Mehdiyev - Trend:

"Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib lazımi güzəştlər, konpensiyasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada, devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq".

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyası ilə əlaqədər bank kreditlərinə güzəştlərin tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədov vurğulayıb ki, məsələ ciddi şəkildə araşdırılmalıdır: "Hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımi resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir".

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün çox ciddi işlər görülməkdədir: "Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, çox müxtəlif həyata keçirilməsi mümkün olmayan təkliflərin üzərində uzun disskusiya aparmağa ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti