...

Vergilər naziri Belarus səfiri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2016 16:31 (UTC +04:00)
Martın 4-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Gennadi Axramoviçlə görüşüb.
Vergilər naziri Belarus səfiri ilə görüşüb

Bakı. Trend:

Martın 4-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Gennadi Axramoviçlə görüşüb.

Bu barədə Trend-ə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qonağı salamlayan vergilər naziri ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım prinsipləri əsasında qurulduğunu, Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki dövlət arasında mövcud olan mehriban münasibətlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edir, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Ölkəmizdə mövcud biznes və vergi mühiti barədə qonağı məlumatlandıran F.Məmmədov Azərbaycanda xarici sərmayəçilər üçün yaradılan əlverişli şərait, investisiya mühitinin cəlbediciliyinin artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar barədə danışıb. Bildirilib ki, Azərbaycan xarici sərmayələrin cəlb edilməsi üçün açıq siyasət yürüdür, ölkəmizdə ixrac yönümlü istehsal sahələri dövlət tərəfindən təşviq olunur, sahibkarlığın inkişafına hərtərəfli dəstək verilir.

Ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin fəaliyyətini xüsusi qeyd edən F.Məmmədov iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb və qarşıdakı diplomatik fəaliyyəti dövründə yeni səfirə uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir G.Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. O, ölkəsinin siyasi-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işləri yaxından izlədiyini bildirib. Səfir G.Axramoviç qarşıdakı dövrdə ikitərəfli münasibətlərin bütün sahələrdə daha dinamik şəkildə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti