...

“Excelsior Hotel & Spa Baku” oteli “Baku Fashion Week”in rəsmi tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2016 14:03 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” oteli mayın 13-dən 15-dək keçiriləcək “Baku Fashion Week” tədbirinin rəsmi tərəfdaşıdır.
“Excelsior Hotel & Spa  Baku” oteli “Baku Fashion Week”in rəsmi tərəfdaşıdır

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" oteli mayın 13-dən 15-dək keçiriləcək "Baku Fashion Week" tədbirinin rəsmi tərəfdaşıdır.

Moda Həftəsində yerli və xarici dizaynerlər yeni kolleksiyalarını nümayiş etdirəcəklər. Baku Fashion Week" tədbiri 2016-cı ildə iki dəfə may və noyabr aylarında keçiriləcək. Tədbir yerli və xarici TV-lərdə efirə gedəcək.

"Excelsior Hotel & Spa Baku" oteli Azərbaycanda moda sənayesinin inkişafına öz töhvələrini verir. Oteldə il boyu Moda Sərgisi, maraqlı konsertlər, bayram və əlamətdar günlərlə bağlı uğurlu tədbirlər həyata keçirilir. 8 Mart Qadınlar Gününə həsr edilmiş əyləncəli proqrama da moda nümayişi daxil edilib.

"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti