...

"A-Qroup" müştərilərinin müalicəsinə rekord məbləğ ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 15:40 (UTC +04:00)
"A-Qroup" Sığorta Şirkəti bir daha özünün etibarlılığını müştərilərlə bağlanılmış müqavilələrin şərtlərinə riayət etməklə nümayiş etdirdi.
"A-Qroup" müştərilərinin müalicəsinə rekord məbləğ ödəyib

Bakı. Trend:

"A-Qroup" Sığorta Şirkəti bir daha özünün etibarlılığını müştərilərlə bağlanılmış müqavilələrin şərtlərinə riayət etməklə nümayiş etdirdi.

Şirkətdən Trend-ə verilən məlumata görə, yalnız 2016-cı ilin birinci ayında "A-Qroup" öz müştərilərinin müalicəsinə rekord məbləğ ödəmişdir - 700 000 AZN. Sığorta hadisəsələrinə aşağıdakılar daxil olub: onkoloji xəstəliklərin müalicəsi, cərrahi müdaxilələr, tibbi müayinə, dərmanların təmin edilməsi və digər xəstəliklərin müalicəsi.

Hər hansı bir sığorta şirkətinin işinin mühüm göstəricisi onun sığorta ödənişləridir.

Nəzərinizə çatdırmaq istərdik ki, 2015-ci il ərzində "A-Qroup" Sığorta Şirkəti sığortalılarının müalicəsinə 7 000 000 AZN sərf etmişdi.

Artıq 20 ildir ki, "A-Qroup" Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkətdir.

Qeyd edək ki, artıq bu ildən etibarən" A-Qroup" öz müştərilərini xüsusi "Tibbi Konsyerj" xidməti ilə təmin edir.

Tibbi Konsyerj - iri podratçı klinikalarda sığortalı müştərilərə etibarlı köməkçidir.

Tibbi Konsyerj - rahatlıq, sürət, növbənin olmaması və tibbi məsələlərdə daimi dəstəkdir.

Tibbi Konsyerj nümayəndələri:

• klinikada sığorta olunanların muraciətlərini təşkil edirlər;
• sığorta olunanları qarşılayır və onları müşayiət edərək müvafiq tibbi xidmətlərə yönəldirlər;
• sığorta olunanların klinikada üzləşdikləri bütün məsələlərin həllini təmin edirlər;
• stasionar müalicə zamanı palatalarda sığorta olunanları ziyarət edirlər;
• bütün lazımi tibbi sənədlər və muayinələrin nəticələri ilə sığorta olunanları təmin edirlər;
• e-mail vasitəsilə muayinələrin nəticələrini sığorta olunanlara gondərirlər;
• klinikada sizin "vəkiliniz" olurlar.

A-Group-un Tibbi Konsyerji pasiyentlərlə əlaqə saxlayır, diqqət göstərir, stasionar xəstələrə baş çəkir, hətta səhərlər yeni qəzet və jurnalları təklif edir, cavan anaları körpə üçün qulluq haqqında jurnallarla təmin edir, valideynlər həkimdə olan zaman uşaqları əyləndirir. Tibbi Konsyerj - bu klinikalarda Sizin şəxsi köməkçinizdir.
Tibbi Konsyerj - yalnız bir xidmət deyil, müasir və məşğul insanlar üçün bir zərurətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti