...

Azərbaycanda qeyri-neft sektorunda istehsal artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2016 10:38 (UTC +04:00)
2016-cı ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,1 faiz azalaraq 4,3 milyard manat təşkil edib.
Azərbaycanda qeyri-neft sektorunda istehsal artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,1 faiz azalaraq 4,3 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb. Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma, 29,4 faizi emal, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,1 faiz olub.

Ümumi istehsalın 85,6 faizi sənaye məhsulunun istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti