...

Bakı Fond Birjası Maliyyə Nazirliyinin istiqrazlarının növbəti yerləşdirməsini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2016 14:30 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin 5 aprel tarixində Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 15 milyon manat dəyərində qısamüddətli və ortamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilicək. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan (qısamüddətli) istiqrazlar çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 5 iyul tarixidir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Maliyyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri "Unicapital" investisiya şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti