...

BVF Maliyyə Bazarlarına Nəzarət Palatasına prudensial nəzarət mexanizmi hazırlamağa dəstək verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 18:30 (UTC +04:00)
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BVF Maliyyə Bazarlarına Nəzarət Palatasına prudensial nəzarət mexanizmi hazırlamağa dəstək verəcək

Bakı. Trend:

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qonaqları salamlayaraq, onlara maliyyə bazarlarına nəzarət və tənzimləyici orqanının qarşısında duran əsas vəzifələr və çağırışlar haqqında geniş məlumat verib. Sədr Palatanın funksiyalarına uyğun olaraq institusional islahatların aparılacağını və bunun nəticəsində daha sistemli maliyyə sabitliyi çərçivəsinin yaradılacağını vurğulayıb.

Görüşdən məmnunluğunu ifadə edən Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə texniki yardım missiyasının başçısı F.Bartolomey Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. F.Bartolomey BVF tərəfindən ortamüddətli perspektivdə texniki yardımla bağlı tədbirlər planının hazırlanacağını, eləcə də prudensial nəzarət mexanizminin hazırlanmasında təmsil etdiyi qurumun Palataya dəstək göstərəcəyini diqqətə çatdırıb.

Sonda tərəflər arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti