Bakı. Trend:
Manatla ölkədaxili pul köçürmələri indi daha asandır.
Artıq Bank Standard-ın müştəriləri CONTACT sistemi vasitəsilə ölkədaxili pul köçürmələrini milli valyutada həyata keçirə bilərlər.
Siz Bankın istənilən filialında hesab açmadan köçürmə edə bilərsiniz.
Bankdan Trend-ə verilən əmlumata görə, AZN valyutasında CONTACT sistemi ilə pul köçürmələri üzrə tariflər:
Məbləğ |
Komissiya |
0 - 300 |
2 |
301 - 500 |
3 |
501 - 1 000 |
5 |
1 001 - 2 000 |
10 |
2 001 - 3 000 |
15 |
3 001 - 4 000 |
20 |
4 001 - 6 000 |
25 |
6 001 - 11 000 |
30 |
11 000-dən yuxarı |
0.3% |
Xatırladaq ki, CONTACT sistemi vasitəsilə həmçinin ABŞ dolları, rubl və avro valyutalarında pul köçürmələrini həyata keçirmək mümkündür.
Bank Standard praktiki olaraq dünyanın istənilən nöqtəsindən müxtəlif valyutalarda çoxsaylı pulköçürmə sistemləri xidmətlərini təklif edir. Daha ətraflı məlumatı bu keçiddən əldə bilərsiniz: https://bankstandard.com/az/services/money_transfer/.