...

"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı birləşməyi planlaşdırırlar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2016 12:41 (UTC +04:00)
"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Bunu Trend-ə bank bazarındakı mənbə deyib. Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb. Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll ediləcək. Daha əvvəl "Bank Standard" "PAŞA Bank"la birləşmək imkanı nəzərdən keçirilidi, lakin bu variant öz həllini tapmadı. Bundan başqa, Trend-in daha əvvəl verdiyi məlumata əsasən, "Bank Standard" "AGBank"la birləşməyi planlaşdırırdı. Fevralda tərəflər birləşmək niyyəti barədə müvafiq protokol imzaladılar. Lakin agentliyin həmsöhbətinin sözlərinə görə, sonradan bu məsələ öz aktuallığını itirdi. "Bank Standard"ın yeganə səhmdarı "AB Standard" maliyyə-sənaye qrupuna gəlincə, mənbə əlavə edib ki, çox güman ki, "AB Standard" birgə bankın kapitalında iştirak edəcək, lakin maliyyə-sənaye qrupunun öz səhmlərini tam satmaq qərarına gələcəyi istisna edilmir. Eyni zamanda "Bank Standard" maliyyə dəstəyinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və hazırda Palata bankdakı vəziyyəti öyrənir.
"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı birləşməyi planlaşdırırlar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:41-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Bunu Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb. Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.

Daha əvvəl "Bank Standard"ın "PAŞA Bank"la birləşmək imkanı nəzərdən keçirilib, lakin bu variant öz həllini tapmayıb.

Bundan başqa, Trend-in daha əvvəl verdiyi məlumata əsasən, "Bank Standard" "AGBank"la birləşməyi planlaşdırırdı. Fevralda tərəflər birləşmək niyyəti barədə müvafiq protokol imzaladılar. Lakin agentliyin həmsöhbətinin sözlərinə görə, sonradan bu məsələ öz aktuallığını itirdi.

"Bank Standard"ın yeganə səhmdarı "AB Standard" maliyyə-sənaye qrupuna gəlincə, mənbə əlavə edib ki, çox güman ki, "AB Standard" birgə bankın kapitalında iştirak edəcək, lakin maliyyə-sənaye qrupunun öz səhmlərini tam satmaq qərarına gələcəyi istisna edilmir.

Eyni zamanda "Bank Standard" maliyyə dəstəyinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və hazırda Palata bankdakı vəziyyəti öyrənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti