Bakı. Ənvər Məmmədov - Trend:
Niderland kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Niderlandın Azərbaycandakı səfiri Robert Qabrielse deyib.
Onun sözlərinə görə, Niderland kənd təsərrüfatı məhsullarının ixracına görə ikinci yeri tutur: "Niderland su təsərrüfatı və göllərin təmizlənməsi sahəsində əməkdaşlıqda da maraqlıdır. Biz Bakıdakı Böyük Şor gölünün təmzilənməsində artıq iştirak etmişik və bu sahədə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq".