...

Transxəzər marşrutu üzrə rəqabətədavamlı tariflər iyunun 1-dən tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 17:31 (UTC +04:00)
Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası öz işini yekunlaşdırıb.
Transxəzər marşrutu üzrə rəqabətədavamlı tariflər iyunun 1-dən tətbiq olunacaq

Bakı. Trend:

Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası öz işini yekunlaşdırıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin yekunlarına dair protokol imzalanıb.

Protokolda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda, Çin, Orta Asiya regionundan - Qara Dəniz hövzəsi, Ukrayna, daha sonra Avropaya və əks istiqamətdə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur. Həmin tariflər mayın 17-də Gürcüstanda keçiriləcək işçi qrupunun növbəti iclasında dəqiqləşdirilərək iyunun 1-dən tətbiq olunacaq.

Sənəddə Dostık/Altıngöl - Aktau - Bakı (Ələt) - Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarına dair bənd də öz əksini tapıb. Burada qatarların orta sürəti, uzunluğu və hərəkət cədvəlinin tətbiq olunması qeyd olunub.

Eyni zamanda işçi qrupunun üzvləri Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını müzakirə ediblər və Koordinasiya Komitəsinin növbəti iclasının gündəliyini təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti