...

İlk dəfə 3D IMAX formatında film izləyən uşaqların sevinc dolu təəssüratı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 12:41 (UTC +04:00)
“PAŞA Həyat”ın əməkdaşları “Cəngəlliklər Kitabı” filmini qayğıya ehtiyacı olan uşaqlarla birlikdə izləyib.
İlk dəfə 3D IMAX formatında film izləyən uşaqların sevinc dolu təəssüratı (FOTO)

Bakı. Trend:

"PAŞA Həyat"ın əməkdaşları "Cəngəlliklər Kitabı" filmini qayğıya ehtiyacı olan uşaqlarla birlikdə izləyib.

Şirkətdən Trend-ə verilən əmlumata görə, "PAŞA Həyat" qayğı missiyasına uyğun olaraq, son günlərdə bütün uşaqların ən sevimli filmi olan "Cəngəlliklər kitabı" adlı filmə valideyn himayəsindən məhrum olan uşaqları dəvət edərək onlarla birlikdə izləyiblər.

Bu program çərçivəsində valideyn himayəsindən məhrum olan 60 uşaq ilk dəfə IMAX formatında film izləyiblər və bu da uşaqların xüsusi marağına səbəb olub.

"Ümumiyyətlə bizim missiyasımız insanlara qayğı göstərməkdir. Əlbəttə ki, qayğıya ən çox ehtiyacı olan bu körpələrimizlə birlikdə bu filmi izləmək, onların inkişafına kömək edə bilmək, onların asudə vaxtlarının daha xoş keçirməsinə şərait yaratmaq, onlarla az da olsa birgə pozitiv vaxt keçirmək bu missiyanın bir parçası hesab olunur. Biz "PAŞA Həyat" olaraq, gələcəkdə də daim uşaq evlərini ziyarət edəcəyik, onlara olan diqqət və qayğımızı əsigəməyəcəyik, - deyə şirkətin mətbuat katibi Elnur Hüseynquluyev bildirib.

E.Hüseynquluyevin sözlərinə görə, "PAŞA Həyat"şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün müxtəlif xeyriyyə tədbirlərinin təşkili və dəstəyi işlərini davam etdirəcək.
"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti