...

Sənaye parklarının rezidentləri idxal üzrə gömrük rüsumlarından azad edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 15:58 (UTC +04:00)
Azərbaycanın sənaye parklarının rezidentləri tərəfindən malların idxalı 2016-cı il mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.
Sənaye parklarının rezidentləri idxal üzrə gömrük rüsumlarından azad edildi

Bakı. Trend:

Azərbaycanın sənaye parklarının rezidentləri tərəfindən malların idxalı 2016-cı il mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən "Gömrük tarifləri haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Bu gün qəbul edilmiş "Sosial sığorta haqqında" qanuna dəyişikliklərə əsasən, Azərbaycanın sənaye parklarının əcnəbi rezidentləri də 2016-cı il mayın 1-dən etibarən icbari sosial sığorta üzrə ödənişlərdən 5 il müddətinə azad edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti