...

Rüfət Aslanlı: Bank Standard bağlanmayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 10:58
Bank Standard bağlanmayıb və bankın üzləşdiyi çətinliklərlə əlaqədar dövlət onun idarəsini öz üzərinə götürüb.
Rüfət Aslanlı: Bank Standard bağlanmayıb  (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bank Standard bağlanmayıb və bankın üzləşdiyi çətinliklərlə əlaqədar dövlət onun idarəsini öz üzərinə götürüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib: "Dövlət bu bankın arxasında durub ki, bankın fiziki, eləcə də hüquqi şəxsləri öz depozitlərini itirməsin".

Onun sözlərinə görə, hazırda müvəqqəti təyin edilmiş inzibatçı bankın maliyyə cəhətdən sağlamlaşdırılması ilə məşğuldur: "Bankın pul vəsaitlərinin axını ilə üzləşməməsi və əhali arasında ajiotaj yaranmaması üçün işlər aparılır".

Palata rəhbəri bankın bağlanması haqqında məlumatları əsassız adlandırıb: "Bankın bağlanması barədə heç söhbət belə yoxdur".

Onun sözlərinə görə, bankdakı bütün əmanətlər yeni qanuna müvafiq olaraq tam sığortalanıb: "Ona görə narahatlığa heç bir əsas yoxdur".

R.Aslanlı həmçinin vurğulayıb ki, Bank Standard müflis elan olunmayıb.

Qeyd edək ki, Bank Standard 1995-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti