...

Ağcabədi sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:07 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Ağcabədi sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 6-da Ağcabədi rayonunun Rəncbərlər kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- ixtisaslaşdırılmış "yaşıl market"in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti