...

ARDNF Mərkəzi Banka 15 mln., 8 banka isə 34 mln. dollar satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 13:58 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
ARDNF Mərkəzi Banka 15 mln., 8 banka isə 34 mln. dollar satıb

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu vəsaitdən 34 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 15 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti