...

Nazir: 10 ildə Azərbaycana qoyulan Avropa sərmayələri 20 milyard dollar olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 11:28 (UTC +04:00)
Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanda əsas kapitala qoyduğu sərmayələrin həcmi 20 milyard dollar təşkil edib.
Nazir: 10 ildə Azərbaycana qoyulan Avropa sərmayələri 20 milyard dollar olub

Bakı. Trend:

Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanda əsas kapitala qoyduğu sərmayələrin həcmi 20 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Aİ-Azərbaycan II biznes forumunda deyib.

Onun sözlərinə görə, Aİ ölkələrinin Azərbaycanın qeyri-neft sektoruna qoyduğu birbaşa sərmayələr 2,7 milyard dollar səviyyəsində olub ki, bu da ölkənin bu sektoruna birbaşa sərmayələrin ümumi həcminin 35 faizini təşkil edir.

Ş.Mustafayev qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "2015-ci ildə Aİ ilə əmtəə dövriyyəsi Azərbaycanın xarici ticarətinin ümumi həcminin 47,5 faizini təşkil edib, 2016-cı ilin I rübündə bu göstərici 43 faiz olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti