...

Bank Standard-ın market-meyker fəaliyyəti dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 15:35 (UTC +04:00)
“Bank Standard” QSC-nin Bakı Fond Birjasında (BFB) market-meyker fəaliyyəti 18.05.2016-cı il tarixindən etibarən dayandırılıb.
Bank Standard-ın market-meyker fəaliyyəti dayandırıldı

Bakı. Trend:

"Bank Standard" QSC-nin Bakı Fond Birjasında (BFB) market-meyker fəaliyyəti 18.05.2016-cı il tarixindən etibarən dayandırılıb.

Birjadan Trend-ə verilən məlumata görə, Bakı Fond Birjasının yeni ticarət qaydalarına əsasən BFB-də market-meyker fəaliyyəti birja üzvləri olan investisiya şirkətləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Bank Standard BFB-də "Bank of Baku" ASC-nin AZ2008005368 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə market-meyker fəaliyyətini icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti